Rusiya səmaya buraxdığı peyki proqram xətasına görə itirdiyini açıqlayıb - 45 MİLYON DOLLARLIQ ZƏRƏR

Muxalifət.az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqoin örən ay işə salınmalı olan və 2,6 milyard rubl (45 milyon ABŞ dolları) dəyərindəki peyki bir proqramlaşdırma xətası üzündən və yanlış mövqedən səmaya buraxdıqları üçün itirdiklərini bildirib.
Rusiyanın “Roskosmos” kosmik agentliyi ötən ay “Vostoçnıy” kosmik bazasından yola salınan “Meteor M” adlı meteoroloji peyki ilə əlaqəni itirdiklərini bildirib.
Roqozin uğursuzluğun insan xətasının nəticəsi olduğunu bildirərək, pyki daşıyan raketin yanlış koordinantlarla proqramlaşdırıldığını deyib. Moskvanın Qazaxıstanda yerləşən “Baykonur” kosmik bazasından buraxılmaq üçün planlaşdırılan raket “Vostoçnı” bazasından yola salındıqdan sonra orbitə çıxa bilməyib. Roqozin bu səhvi “utandırıcı” adlandırıb.
Yanlış kosmik bazadan səmaya buraxılan 45 milyon dollarlıq meteoroloji peyki ilə əlaqəsini tamamilə kəsib. Raket Rusiya, Norveç, İsveç, ABD, Yaponya, Kanada və Almaniyadaki elmi, araşdırma və ticarət şirkətlərinə məxsus 18 ədəd kiçik peyki daşıyırdı.