RƏSUL QULİYEVİN QARDAŞI OĞLU ŞANTAJ OLUNUR - Etibar Quliyev: “Cənab prezident, xahiş edirəm, məni bu zülmdən qurtarın” / VİDEO

Baxış sayı:
5443

“Hakim Xuraman Məhərrəmova xəbər göndərdi ki, “münasib qiymətə satırsa, mən o evi alım…”

Eks-spiker Rəsul Quliyevin qardaşı oğlu Quliyev Etibar Telman oğlu “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə müraciət edib. O bildirib ki, Yasamal rayonu, Kazımzadə küçəsi 117/119, 58 b ünvanında yaşayan qızı 58 a mənzilində yaşayan qonşusu Xanmirzəyev Fəxrəddin tərəfindən məhkəməyə verilib. 2018-ci ilin may ayından Yasamal rayon Məhkəməsinin hakimi qonşusu əxrəddin Xanmirzəyevin şikayəti əsasında qərar çıxarıb ki, mənzilin döşəməsi izolyasiya olunmalı, qonşuya səs getməməlidir:

"Bizə bildiriş də göndərilməyib ki, nə vaxt məhkəmədir. Biz onda xəbər tutduq ki, məhkəmə qərar çıxarıb, döşəmə izolyasiya olunmalıdır. Bundan sonra dərhal məhkəmənin qərarından apellyasiya şikayəti verdik. Yenə də həmin qayda ilə bizi Apellyasiya Məhkəməsinə çağırmadılar, nə Fövqalədə Hallar Nazirliyinin əməkdaşı, nə bina tikən, nə biz – heç kim orada iştirak etmədi. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı”.

“İndi mənə dirənib ki, “bütün ev sökülməlidir””

E.Quliyev deyir ki, müstəntiqin, qonşuların iştirakı ilə 22 kvadratlıq otağın döşəməsini söküb: “Orada da “laqalar”, döşəmə tərpənmirdi. Həmin qonşunun özü getdi izolyasiya materialı aldı ki, bunu sərim. Mən də “penoplast” almışdım, onu da bunun üstünə qoyduq, parketi vurduq. Sizi inandırım ki, imkansızlıqdan hələ onun “plintus”larını vura bilməmişik. Oboyolar dəyişildi, otağın təmir işləri təzədən oldu. Təmir qurtaran kimi bu ər-arvad evə gəlib. Qızım zəng etdi ki, “arvad aşağıda tullanıb-düşür, əri də yuxarıda”. Bunlar mənə zəng etdilər ki, “səs həmin səsdir, səs dəyişməyib, o biri otağı sökməyin”. Dedim, onda durun müstəntiqin yanına gəlin. Müstəntiqin yanına gəldilər, danışdıq, dedilər ki, “təmirə ehtiyac yoxdur, həmin səs gəlir”. Mən də dedim ki, ora “kavralit” alıb sərərəm. Bunlar da mənimlə razılaşdılar, ayrıldıq.
Üstündən bir gün keçməmişdi, karantin məsələsi ortaya düşdü. İki ay yarımdan sonra Fəxrəddim Xanmirzəyev mənə zəng etdi ki, “siz məndən qisas alırsınız”. Dedim, nə qisas? Dedi, “siz saat 3-4-də döşəməyə ayağınızı döyürsünüz, mən yata bilmirəm”. Mən də buna baş salmağa çalışdım ki, saat 3-4-ə uşaq oyaq olmur, həmin vaxt lift işləyəndə onun səsi bizim evə də əglir, 15-ci mərtəbədə səs olur, o bizim evə də gəlir. Bu, mənim günahım deyil. Dedi ki, “mən sizdən şikayət edəcəm, siz o təmiri düz etmədiniz”. Dedim, təmir edəndə deyərdin ki, düz etmədiniz, yaxud adam gətirərdin ki, təmir belə olmalıdır. Sonra məsləhət gördük ki, ikinci otağı sökməyə ehtiyac yoxdur. İndi mənə dirənib ki, “bütün ev sökülməlidir””.

“Makler dedi ki, “bu evdə səs yayılır””

E.Quliyev hesab edir ki, qonşu bütün bunları məqsədli şəkildə edir: “Bu adam bizi məhkəməyə verib. Məhkəmə bizi 500 manat cərimələyəndən 1 gün qabaq hakim dedi ki, “sizə vaxt verirəm, evi satın”. Mən də dedim satıram, canım qurtarsın. Üstündən 2 saat sonra Fəxrəddin müəllimin yoldaşı bizə adam gətirib, kişi baxıb deyir ki, “260 min verirəm”. Qızım da deyib ki, “papamla danışın, mən bilmirəm”. Mənə zəng etməmiş, götürüb məhkəmə icraçısı Ramin Muradova zəng edib. Ramin Muradov mənə zəng etdi ki, “siz ev satan deyilsiniz, bizi dolamısınız?”. Dedim, nə ev? Dedi, “qızın deyir ki, 260 minə evi satırıq”. Dedim, birincisi, mənə deyilməyib. İkincisi də qiyməti 300 mindir, ondan 20 min düşürəm, 280 min verin, götürün. Dedi, “sən düzgün qiymət qoymursan, mən makler gətirərəm”. Dedim, gətir. Ramin Muradov bir makler gətirdi, mən də evə gəldim. Makler dedi ki, “bu evdə səs yayılır, ona görə də bu evi heç kəs almayacaq. Bu evi alsalar da, “podmayak” qiymətinə alacaqlar. Çünki döşəmə, oboylar söküləcək. Ona görə də bu evin qiyməti 180 mindir”. Mən razılaşmayandan sonra təzədən bizə məhkəmə təyin etdilər. Yoldaşımın ölkədən çıxışına qadağa və bizə vaxt qoydular. Mən onda bunlara zəng etdim ki, gəlin 260 min verin, evi götürün. Mən belə deyəndə həmin qonşu qadın 220 min dedi. 220 min verəndə mən artıq özümü təhqir olunmuş hesab etdim. Mən ona açıq şəkildə dedim ki, mən sizə heç nə vermirəm.
Üstündən bir müddət keçəndən sonra qərar çıxaran hakim Xuraman Məhərrəmova xəbər göndərdi ki, “münasib qiymətə satırsa, mən o evi alım”. Yəni, mənə elə gəlir ki, bunların məqsədi bu evi ələ keçirməkdir”.
İndi təmir işləri görülüb qurtarıb, evdə səs də yoxdur. Bunu özləri də bilir. İndi məsələ qaldırıblar ki, “o biri otağı da sökün”. Axı, mən birinci otağı sökəndə dedilər ki, ehtiyac yoxdur, bundan müstəntiqin, rəisin də xəbəri var. 3 gün bundan qabaq isə mənə zəng etdilər ki, işi məhkəməyə göndəririrk, sənədləri aparıb prokurorluğa veriblər. Prokurorluq işin məhkəməyə göndərilməsini qəbul etmədi, məni dəvət etdi dedi ki, “ikinci otağın təmirinə başla”".

“Cənab prezident, Sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik edin”

Etibar Quliyev yetkili şəxslərdən xahiş edir ki, hər iki otaqda səs ekspertizası keçirilsin: “Desələr ki, təmir olunmayan otaqda səs var, mən oranı təmir edim. Əgər görsək ki, burada səs tonu yuxarıdır, mən ona etiraz etmirəm, bu, mənim borcumdur. 
Cənab prezident, mən Sizdən artqıq dərəcədə xahiş edirəm, mənə köməklik edin, göstəriş verin bu işlə ciddi məşğul olsunlar, bu işə xitam versinlər. İki ildir mən bütün işimi-gücümü  buraxıb bu məhkəmələrə, istintaq orqanlarına düşmüşəm. Halbuki, Sovet dövründə tikilən 9 mərtəbələrdə iki qonşu bir-birinin evində bütün danışıqlarını eşidir. Yeni tikililərin hamısında da səs eşidilir, liftin səsi adamı yuxudan oyadır da, diksindirir də. Bir zülmə düşmüşəm. Xahiş edirəm, məni bu zülmdən qurtarın”.
Muxalifet.az
Redaksiyadan: Müsahibə ilə daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiniz: