Rəhim Qazıyevin etdiyi üç "OLMAZ"...

Baxış sayı:
976

İndiki məqamda üç şeyi edənlər dövlət, xalq üçün birmənalı şübhəli və təhlükəli adamlardır:

- Varlı-kasıb söhbətini gündəm edənlər;

-Siyasi hakimiyyətə qarşı çağırışlar səsləndirənlər;

-Daxildə qarşıdurma yaradan mövzuları tirajlayanlar.

Sabiq Müdafiə Naziri Rəhim Qazıyev bunların hər üçünü edib.

O üzdən saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Bu dönəmdə keçirilən bütün səs-küylü əməliyyatlar həm də vəziyyətin ciddiliyindən, təhlükə həddindən xəbər verir.

Dönək sabiq nazirə. O bunu niyə edib, çünki

-Indiki hakimiyyətə hikkəlidir;

-Konkret yerlər qarşısında öhtəliyi var.

Dövrü bitmiş siyasətçilər təxribatdan başqa heç nəyə yaramırlar. Indiki dönəm üçün R.Qaziyev şimalın təxribat planının içində olan adlardan biridir. Bu, istintaq araşdırmasında da özünü biruzə verəcək yəqin.

Yox əgər belə deyil, deyən varsa onun da mövüeyi şübhə doğurur. Diqqət edək:

Bilə-bilə ki, qısa zaman kəsiyində iki müharibəni, bioloji və silahlı müharibəni başlayıb uda biləcək dövlət və millət mövcud deyil, R.Qazıyev üstəlik kütləvi aksiya çağırışı edir.

Bilə-bilə ki, Qarabağ Azərbaycan vətəndaşının yaralı yeridir. Qarabağ üçün xalq hər şeyə hazırdır. R.Qazıyev adamları küçəyə çağırır.

Elə bil, sovet ordusundan qorunmağa çağırış edir.

Elə bil, adamları vətəndaş müharibəsinə səslədiyini ağlı kəsmirdi. Ya doğurdan da kəsmirmi? Çox əla kəsir! Azərbaycanda nə qədər belə əqidəsi qısır siyasətçi var, hər kəs bilir!

Diqqət etdinizsə onun müdafiəsinə bir siyasi qurum reaksiya vermədi. Çenki xidmət yönləri fərqlidir.

Sirr deyil, Azərbaycanı bu gün Qərb, Avropa və Şimaldan eyni vaxtda"vurulur".

Biri, buradakı adamları "neytrllaşır" deyə.

Biri, iqtisadi tələblərinə əməl olunmur deyə.

Biri, regional maraqları təmin olunmur deyə, hücumdadır.

Indilik şimal mövqeli sabiq nazirsə güman edirəm digər istiqamətlərlə də əməkdaşlığa hazır adamdır. Təki Azərbaycan dövləti olmasın!..

Jalə Mütəllimova