“Ərdoğan vəliəhd şahzadəni “devirdi”” – İNGİLİS EKSPERT

Baxış sayı:
4900

Böyük Britaniyada çap olunan “Guardian” qəzetinin Orta Şərq üzrə redaktoru Martin Çulov, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi və sonra baş verən proseslər nəticəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Orta Şərqdəki güc və təsir dairəsi uğrunda mübarizədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qarşısında üstünlük qazandığını yazıb.
 
İki lider də açıqlama verəcək
 
Çulovun analizində, Ərdoğan və vəliəhd şahzadə Məhəmmədin Qaşıqçı cinayəti üzərindən üz-üzə gəldiyi qeyd olunub.
Məqalədə bu gün iki liderin təxminən eyni saatlarda çıxış edəcəyi, şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanı investisiya konfransının açılışında danışacağı, prezident Ərdoğanın isə Qaşıqçı qətlilə bağlı açıqlama verəcəyi bildirilib.
Analiz belə davam edib:
“Ərdoğan, Türkiyənin topladığı və Səudiyyə Ərəbistanının Qaşıqçını öldürməyi planlaşdırdığını göstərən sübutların çoxunu açıqlayacaq. Şəkillər, video və hətta Qaşıqçı-nın ölümünü təsdiqləyən bir səs yazısı.
Bu dəfə məmurları deyil, Ərdoğanın özü dəlilləri ortaya qoyacaq. Təcrübəli Türk lider böhranı fürsətə çevirə bildi.
 
İtirən tərəf bin Salman oldu
 
Bu iki liderin Orta Şərq üçün çox fərqli perspektivləri var. Ərdoğan həm ölkəsində, həm də sərhədlərinin xaricində siyasi İslamı müdafiə etdi. Xüsusilə Misirdə keçmiş prezident Məhəmməd Mursinin hakimiyyətə gəlməsi və devrilməsindən sonra Türkiyə Qətər ilə yaxınlaşdı. Mursinin süqutundan sonra qaçanlara qapılarını açdı və Səudiyyə Ərəbistanı ilə müttəfiqi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir təhdid olaraq gördüyü Müsəlman Qardaşları-nı müdafiə etdi.
Lakin regional güc və təsir uğrunda mübarizədə uduzan tərəf vəliəhd şahzadə bin Salman oldu.
Müxalifət.az