Ərdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - Vəliəhd
24-10-2018 21:33
Baxış sayı:
4678

Camal Qaşıqçı cinayəti çox acıvericidir və ədalət yerini tapacaq. Kimlərsə Türkiyə ilə aramızı vurmağa çalışır.
Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman bildirib.
"Səudiyyə Ərəbistanı və Türkiyə arasında çat yaratmaq istəyənlər var. Kral Salman, mən və Ərdoğan olduğumuz müddətcə buna nail ola bilməyəcəklər", - Salman deyib.
Qeyd edək ki, bir müddət öncə vəliəhd və Ərdoğan arasında Qaşıqçı cinayəti ilə bağlı telefon danışığı baş tutub.