Ərdoğan: Bu, fədakarlığımızın açıq-aşkar göstəricisidir

Baxış sayı:
5089

Görüşümüzün və aldığımız qərarların suriyalı qardaşlarımıza xeyirli olmasını arzulayıram.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya ilə bağlı zirvə toplantısından dərhal sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Bu müddətdə əsas hədəfimiz axan qanın dərhal dayandırılmasıdır. Beynəlxalq toplum məsələyə tam olaraq sahiblənmədiyi üçün problem həll edilməyib. Artıq bu laqeyidliyə son qoyulmalıdır. Təşəbbüs göstərilmədikcə Suriyadakı böhran daha da pisləşəcək”, - Ərdoğan bildirib.
Türkiyə lideri Suriyada ərazi bütövlüyünün təmin olunması üçün görülən işlərdən də danışıb:
“Bu gün Suriyanın ərazi bütövlüyünə inamımızı, İdlib razılaşmasına olan bağlılığımızı bir daha təsdiqlədik. İlin sonunda konstitusiya komitəsinin yaradılmasını, suriyalı qaçqınların evlərinə qayıtmasını müzakirə etdik. Fəratın şərqində təhdidləri aradan qaldırmağa davam edəcəyik. Suriyalı qaçqınlar üçün xərclədiyimiz 33 milyard dollar Türkiyənin fədakarlğının açıq-aşkar göstəricisidir. Hər kəsin Suriya tragediyasını sonlandırmaq üçün mübarizə aparması lazımdır. İstər meydandakı vəziyyətin yaxşılaşdırılması, istərsə də siyasi həllin təmin olunması üçün konkret mesaj verildi”.