​Ərəb şeyxinin qızından evlilik təklifi alan model danışdı - VİDEO

Baxış sayı:
5233

Ərəb şeyxinin qızından evlilik təklifi alan model Əli Hüseynov ötən gün ATV telekanlında yayımlanan “Bizimləsən” verilişində qonaq olub.
O, İqtisadiyyat Universitetinin 4-cü kursunda təhsil aladığını bildirib. Əlinin sözlərinə görə, bu xəbərin yayılması ona xoş təsir etməyib. Bu xəbərin ailəsində yaxşı qarşılanmadığını söyləyən model, xəbəri dost bildiyi bir şəxsin yaydığını da əlavə edib.
“Qız mənə mesaj yazanda fotolarından həyat səviyyəsini anlamaq mümkün idi. Sonra mənə kim olduğunu dedi və evlilik təklifi etdi. Mən də onun şirin dillə başa saldım və razılıq vermədim. Onun mənə yazması isə xoş təsir etmişdi”.