Qusar sakini evində yanaraq öldü
27-10-2018 19:20
Baxış sayı:
5080

Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb.
Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.