QƏRARA ETİRAZ EDƏN QADIN HAKİMİ VƏ ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ - Bakıda məhkəmə binası önündə şok olay

Baxış sayı:
4570

Bakıda məhkəmənin hökmünə etiraz edən qadın özünü yandırmağa cəhd edib.

Muxalifet.az Musavat.com-a istindən xəbər verir ki, hadisə iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib.

Hakim Samir Əliyevin sədrliyi ilə araşdırılan məhkəmə prosesinin sonunda oğluna ağır cəza kəsilmiş qadın qərara etiraz edib.

Samir Əliyev

O, məhkəmənin əsas girişində üzərinə benzin tökərək intihar edəcəyini deyib.

Qadın, həmçinin məhkəmə sədrinin müavini, hakim Əfqan Hacıyevin xidməti avtomobilinin üzərinə də benzin töküb.

Əfqan Hacıyev

Məhkəmə binasında xidmətdə olan polis əməkdaşı qadının özünü yandırmasına imkan verməyib.

Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gəlib. Qadın hadisə yerindən uzaqlaşdırılıb.