Qaşıqçının ölümü ilə bağlı yeni iddia

Baxış sayı:
3313

“Reyters” xəbər agentliyinin adını açıqlamadığı iki Səudiyyə rəhbərliyini istinad verərək yayımladığı xəbərdə, Qaşıqçı-nın öldürülməsindən sonra vəzifədən çıxarılan Kahtani, Səudiyyəli sui qəsd qrupuna internet üzərindən Skype vasitəsilə ünsiyyət halında olduğu iddia edilib.
 
Xəbərdə, Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə əlaqəli olduğu bildirilən mənbələrdən birinin, Kahtaninin, Qaşıqçı-nın konsulluq binasında saxlanıldığı otağa kamera vasitəsilə birbaşa bağlandığını söylədiyi qeyd edilib. Bu bağlantı əsnasında Kahtani, Qaşıqçını söyüşlərlə alçaltmağa başladığı və təhqir etdiyi də iddialar arasında yer alıb.
Türk kəşfiyyat mənbələrinin məlumatına görə, Kahtani otaqda olan qatillərə "Mənə o itin başını gətirin" kimi sözlər işlədib. Ancaq Kahtaninin Qaşıqçı-nın öldürülmə prosesini canlı olaraq seyr edib etməməsinin bilinmədiyi ifadə edilib.
Səudiyyə Kral Məhkəməsindən bir səlahiyyətli olaraq göstərilən digər mənbə isə Qaşıqçı cinayətində məsuliyyəti Kahtaninin almasının istənildiyini qeyd edib.
Adı bildirilməyən Kral Məhkəməsinin əməkdaşı, Səudiyyə Ərəbistanının Qaşıqçı cinayətindən sonra apardığı araşdırma ilə vəzifədən alınan Kahtaninin həbs olunmadığını qeyd edib və bunu sosial media üzərindən paylaşıb.
 Müxalifət.az