Qaşıqçı hadisəsində yeni gəlişmə

Baxış sayı:
3850

Səudiyyə Ərəbistanı Baş Konsulluğunda dünən gecə baş tutan və 9 saat davam edən axtarışlar bu gün səhər etibarilə bitdiyi bildirilmişdi. Əldə olunan yeni məlumata görə, axtarışlar bu gün də geniş bir heyətlə davam edəcəyi bildirilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Konsulluğunda ortadan qeyb olan və günlərdir xəbər alınmayan Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın axtarışı işləri dünən başlayıb və polis dəstələri 9 saat davam edən bir araşdırma həyata keçirib.
Bu səhər etibarilə bitən axtarış və araşdırma işi ilə bağlı yeni bir gəlişmə baş verib.
Məlumata görə, araşdırma heyəti işini bu gün də davam etdirəcək. Axtarış və araşdırma İstanbul baş prokuroru Həsən Yılmaz və istintaq prokuroru İsmət Bozkurt-un nəzarətində həyata keçiriləcək.
Qeyd edək ki, dünən axtarışlar 9 saat davam etmiş və konsulluğun bünövrəsindən damına qədər bütün nöqtələrində araşdırmalar aparılmışdı. Yeni bir axtarışa ehtiyacın yaranması birinci axtarışda əldə olunan nəticələrə yardımçı ola biləcək detallarla bağlı ola bilər.
Müxalifət.az