Qaşıqçı cinayəti ilə bağlı Konsulluq işçilərinə “susun” təlimatı verilib: 45 şahid var

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan Camal Qaşıqçı araşdırmasında yeni bir hadisə baş verib. Prokurorluq, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda işləyən 20 Türk personal "şahid” sifətilə ifadəyə çağrılıb.
Konsulluğun Türk işçiləri, Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosunda prokurora hadisə ilə bağlı bildiklərini danışıb. İstintaq çərçivəsində 45 şahidin Ifadəsinin alınacağı bəlli olub. Bunlardan 20-sinin ifadəsi dünən yekunlaşıb. Prokurorlara izahat verən Türk şahidlərin konsulluqda sürücü, texniki nəzarət, mühasib kimi vəzifələrdə çalışdığı qeyd edilib.
“SUSUN” TƏLİMATI
İfadələrdən bəlli olub ki, Səudiyyə rəsmiləri Türk işçilərə, "jurnalistlərə danışmayın” deyərək xəbərdarlıq etmişlər. Prokurorlar şahidlərə, hadisə günü və əvvəl konsulluq daxilində hər hansı bir fövqəladə hərəkətliliyə şahid olub olmadığını soruşublar. Həmçinin 2 oktyabr günü konsulluq tərəfindən onlara niyə icazə verildiyi, icazə verilərkən nələrin dediyi də verilən suallar arasında yer alıb. Bundan başqa, Camal Qaşıqçı-nın 2 oktyabrdan öncə konsulluqda çalışanların onu görüb görmədiyi, ailəsilə bağlı sənədlərin kimlər tərəfindən hazırlandığı, Qaşıqçıya sənədləri alması üçün 2 oktyabrda o binaya kim tərəfindən çağrıldığı da soruşulub.
Müxalifət.az