Qadağa götürüldü, Qaşıqçı-nın oğlu dərhal ölkəni tərk etdi

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilən Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın oğlu Salah, Səudiyyə Ərəbistanından ayrılaraq ABŞ-a gedib.
Amerika mediasına danışan Qaşıqçı ailəsinin bir üzvü, Amerika-Səudiyyə ikili vətəndaşlığı olan Salahın bir neçə ay əvvəl Səudiyyə Ərəbistanından ayrılmasına icazə verilmədiyini, ancaq bu gün Ər-Riyadı tərk etdiyini təsdiqləyib.
Salah Qaşıqçı-nın Virciniya ştatında yaşayan digər ailə üzvlərinin yanına gedəcəyi ifadə edilib.
Kral Sarayında qəbul etmişdi
Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd Məhəmməd bin Salman, ötən gün Qaşıqçı ailəsinin üzvlərini qəbul etmişdi. Görüşdə Qaşıqçı-nın oğlu Salah Qaşıqçı şəxsən iştirak etmişdi.
Kral Salman Qaşıqçı ailəsinə başsağlığı vermişdi.
Müxalifət.az