Putin səhvən kreslosuna oturan qubernatorla belə zarafatlaşdı - VİDEO

Baxış sayı:
6058

Rusiya prezidenti Vladimir Putin səhvən onun kreslosunda oturan Xantı-Mansiysk muxtar vilayətinin qubernatoru Natalya Komarova ilə zarafat edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdən əvvəl Komarova prezidentin kağızları qoyulmuş masanın önündəki kresloda əyləşib.

Bunu görən Putin “Qorxulu heç nə yoxdur. Ora da yaxşı yerdir” deyərək zarafatlaşıb. Putin vəziyyəti başa düşdükdən sonra çaşqın hala düşən qubernatorun yerini dəyişməsini istəməyərək görüşə davam edib.