Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı
22-10-2018 20:03
Baxış sayı:
5377

Rusiya Prezidenti Vladimir Putin Kiyevin Rusiya vətəndaşlarına qarşı dostcasına olmayan davranışları səbəbindən ukraynalı şəxs və qurumlara qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, Kremlin rəsmi saytında dərc edilən fərmana əsasən, Rusiya hökumətinə iqtisadi tədbirlərin görülməsi üçün Ukraynanın şəxs və qurumlarının yer aldığı siyahı yaratmaq və məhdudiyyətlərin detallarının müəyyən edilməsi tapşırığı verilib.
Sonda qeyd edilir ki, Ukrayna Rusiya vətəndaşlarına qarşı addımlarından əl çəkərsə, sanksiyalar ləğv ediləcək.