PKK-nın yol xəritəsi ifşa oldu! Qan donduran etiraflar

Türkiyənin şərq və cənub-şərq bölgələrində yaşayan Kürdlərin PKK-ya dəstək verməsinin və təşkilata qoşulanların sayının minimuma enməsi ilə terrorçubaşları uşqların cəlb olunması prosesinə üstünlük verib. Bu yöndə araşdırmalar və təşkilatdan qaçanların səmimi etirafları ilə PKK-nın kiçik uşaqları necə qaçırdığı, yaxud təşkilata cəlbetmə usulu müəyyənləşdirilib.
Polisə sığınaraq yardım istəyən "Z.Ö". adlı uşaq, regionda təşkil olunacaq şənliklərə gəlməsinin tələb olunduğunu, gəlmədiyi təqdirdə ailə üzvlərinin tək-tək öldürülməsi ilə təhdid edildiyini söyləyib.
PKK-dan Qaçıb, təslim oldu
PKK/KCK tərəfindən zorla qaçırılan "A.Y". adlı uşaq da təşkilatın iç üzünü ifşa edib. Qəsəbədə iştirak etdiyi şənlikdə yoldaşları ilə çadırda qaldıqlarını, gecə əli silahlı, üzləri örtülü adamların onu qaçırdığını bildirən A.Y, maşında yaşları 12 ilə 18 arasında dəyişən başqa uşaqlarla birlikdə İraqın şimalındakı Mətinə düşərgəsinə aparıldıqlarını, onun 3 gün sonra qaçıb, təslim olduğunu söyləyib.
Müxalifət.az