Paşinyanın arvadı silahlanır və səngərdən azərbaycanlı uşaqları nişan alır... - ANNA AKOPYAN VƏ ƏRİNİN ƏSL SİMASI

Baxış sayı:
5800

Paşinyanın və hökumətinin “sülhpərvər simasını” bir kənara ataraq əsl simasını ortaya qoyması-aqressiv və kompromissiz ritorikaya keçməsi, yeni erməni militarizmini başlatması üçün cəmi yarım il lazım oldu. Ermənistan hakimiyyətinin rəhbərlərinin sülhsevər bəyannamalələrinin dekorasiya olduğu ço tezliklə üzə çıdı, sülhpərvər təşəbbüslər isə iyul müharibəsi zamanı artilleriyanın gurultusu ilə darmadağın oldu.

Sözün əsl mənasında yarım il qabaq “sevgi inqilabından” doğrulmuş Paşinyan özünə xas olan pəltək manerada Qarabağ probleminin Ermənistanın, Azərbaycanın və Qarabağın maraqları çərçivəsində həll edilməli olduğu haqda çıxışlar edirdi. Paşinyan məğrurcasına sinəsinə döyüb deyirdi: “Mən birinci erməni rəhbərəm ki, Azərbaycan xalqının maraqları haqda danışıram”. Bəli, hələ bir neçə ay bundan qabaq da qərbyönümlülərin hökuməti vətəndaş diplomatiyasının qurulması və düşmən xalqların barışdırılması haqda danışırdı. Anna Akopyan-inqilab rəhbərinin tərəfdaşı və arvadı, müasir Ermənistanın Nadejda Konstantinovna Krupskayası “Qadınlar sülh naminə”  amorf kampaniyası başladaraq Azərbaycanın birinci ledisi ilə danışıqlarda israr edirdi. Və əri ilə birlikdə Qarabağda Azərbaycan muğamı haqda xəyallar qururdu, müharibəyə qarşı olan analar barədə pasifist ideyalar təbliğ edirdi.

Paşinyanın hakimiyyətinin ilk aylarında Anna Akopyan Qarabağda əlində gül dəstəsi ilə görünmüşdü...

Məhz Anna Akopyan 2018-ci ildə Ermənistan və Rusiyadan olan bir sıra tanınmış qadınlarla birlikdə qoşunların təmas xəttində peyda olaraq antimilitarist çağırışlar etdi.

Bəs sonra bu Akopyana nə oldu ki,  qəfildən kosmopolit pasifistdən  qızğın militaristə çevrildi? Nədən internasionalizm qəfildən yerini intervensionizmə buraxdı?

Bu günlərdə Akopyan hətta liberal erməni publikasında anlaşılmazlıq və təəcüb doğuran sərsəm hərəkət edib. O, “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinib, Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Ermənistanın birinci xanımı “Kalaşnikov” avtomatı ilə lovğa görkəm alaraq səngərdən Azərbaycan kəndlərinin dinc sakinlərini hədəf alıb.  Görünür bu qadın yaddan çıxarıb ki, erməni işğalçı qoşunlarının zəbt etdikləri və hazırda boş olan ərazilərdən, səngərdən bu yana azərbaycanlıların yaşayış məntəqələri yerləşir.

Cəmi bir ildən sonra Paşinyanın arvadı Qarabağda əlində avtomatla peyda oldu-dinc azərbaycanlıları nişan alarkən...

“Bu, müharibə üçün deyil, məqsədimiz bunu nümayiş etdirməkdir ki, sülhün alternativi yoxdur”. Akopyan özünün səngər fotolarını bax belə həyasız və istehzalı şəkildə şərh edib. “Bir çox erməni qadınları uşaqlarının müdafiəsi üçün əllərinə silah almağa hazırdır”,-kamuflyajlı birinci ledi bildirib.

Amma bunu deməyi yaddan çıxarıb ki, bunun üçün azərbaycanlı uşaqları öldürmək lazım gələcək. Buna isə erməni qoşunlarının iyul ayında törətdiyi hücumları nəzərə alanda, heç bir şübhə yeri qalmır. Rusiya XİN-in rəhbəri, Ermənistanla müttəfiq ölkənin nümayəndəsi öz bəyanatı ilə təcavüzü məhz erməni tərəfinin başlatdığına şübhə edənlərə əsas buraxmadı. Lavrov açıq bəyan etdi ki, atəşkəsi və sərhəddə status-kvonu Ermənistan pozub, erməni qoşunları Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində yerləşən postu ələ keçirmək üçün həmlə edib.

 Anna Akopyanla bir vaxtda Qarabağ separatçılarının yeni rəhbəri, əvvəllər Əsgəranda bank dəllalı olmuş Araik Arutyunyan da erməni işğalının əsl və yekun məqsədini açıqlayıb-Ermənistan tərəfindən Qarabağın ilhaq edilməsi. Qarabağ separatçı rejiminin rəhbərinin bu bəyanatı Azərbaycanı Qarabağdakı rejimlə danışıqlar masası arxasına oturmağa çağıran  Paşinyanın və onun “sevgi inqilabından” doğulmuş hökumətinin daha bir yalanını ifşa edir. Axı bir halda ki, kvaziseparatçıların (öz yekun məqsədləri kimi başqa dövlətə birləşməyi elan edən Qarabağ yaraqlıları klassik mənada separatçılar hesab edilməməlidir) lideri öz məqsədlərinin Ermənistanla birləşmək olduğunu deyir, o zaman Azərbaycan hökumətinin mövcud olmayan institutla danışıqlar aparmasının nə mənası ola bilərdi?!

Araik Arutyunyan təsdiq edir ki, o oyuncaqdır, şirmadır. Paşinyan Azərbaycana oyuncaqla danışıqlar aparmağı təklif edir...

Axı Qarabağdakı işğalçı hakimiyyət özünü Azərbaycanla danışıqlar aparan Ermənistanın bir hissəsi hesab edir. Daha bir hiyləgərlik, daha bir tələ, daha bir fars...Yəni Azərbaycan torpaqlarında barbarsayağı, nasist  etnik təmizləmələrin bilavasitə iştirakçısı Robert Köçəryan indiki halda simasız Paşinyan cütlüyündən daha dürüst və ədalətli görünür. Ən azından Azərbaycanı və həmsədrləri əsas məqsədlərinin Ermənistana birləşmək olduğunu açıq deyən oyuncaq Qarabağ rejimi ilə birbaşa danışıqlara inandırmaq üçün əbəs yerə çabalayan Nikol Paşinyandan fərqli olaraq Köçəryan belə şərtlər qoymurdu. O, Qarabağın erməni icmasının təmsilçilik statusunu da üzərinə götürmüşdü. Heç Bella Köçəryan da məkrli və sinik “Qadınlar Qarabağda sülh naminə” şüarı altında Qarabağ səngərlərində əlində avtomat foto çəkdirmirdi.

Təəsüflər olsun, amma Azərbaycan və eləcə də erməni cəmiyyətinin ağlı başında olan qismi öz şəxsi hökmranlıqlarını qoruyub saxlamaq naminə istənilən amoral hərəkətə əl atan, hüdudsuz hakimiyyət yanğısı ilə alışıb-yanan amoral, şərəfsiz və həyasız siyasi qüvvə ilə üzləşib. Müxalifətdə olanda Paşinyan öz xalqına iqtisadi möcüzə vəd edirdi, demokratiyadan danışırdı, Qarabağ barıt çəlləyindən yaxa qurtaracaqlarını deyirdi. Lakin onun iki illik hakimiyyətinin nəticələri Ermənistan üçün acınacaqlı oldu. İnqilabın iy-qoxu çəkildi. Ortada çılpaq baş nazir və onun çılpaq populizmi qaldı. Ölkə isə hələ də yoxsulluq və qeyri-bərabərlik girdabında çabalayır.

Paşinyan Ermənistanı istinad nöqtəsinə geri qaytarır, Yerevan müharibə istəyir

Bundan əlavə, müxalifətə və opponentlərinə qarşı sərt avtoritar metodlar tətbiq  edən, birbaşa küçə demokratiyası idarəçiliyinin banisi olan Paşinyan inqilabdan yaranan islahatlar ümidini də dəfn etdi. Ermənilər onun qismində öz Saakaşvilisini-korrupsiya-klan piramidasının qənimini görməyə ümid edirdi, amma öz sələfləri olan səhra komandirlərinin tütün və brillyant biznesini əlinə keçirən ikibaşlı saqqallı ilanla  qarşılaşdı.

Paşinyanın Qərbə və Avropaya pəncərə açmaq vədləri isə nəyə görəsə ucqar Valdaya apardı. Yenə də metropoliyadan vassal asılılıq. Paşinyanın Azərbaycanla sülh barədə illüziyalara əsaslanan vədləri də suya düşdü. Qarabağdan Yerevana yenə də sink tabutlar daşıyırlar. Paşinyan özü isə Azərbaycanla sülh danışıqlarının tabutuna sonuncu mismarları vurur. Hələ Sərkisyanın məşhur “Sürix protokolları” imzaladığı Türkiyə ilə qorxunc soyuq müharibə bir yana qalsın. Qəribə də olsa Köçəryanın və Sərkisyanın hakimiyyətləri dövründə ədalətli sülhə olan ümidlər daha çox idi, nəinki uduzulmuş inqilabın indiki şikəst övladının dövründə.

Paşinyanın avantürist, başıpozuq və açıq aşkar iflasa aparan siyasəti Ermənistanı yeni çıxılmaz dalana sürükləyib. Hər şey onunla yekunlaşıb ki, yeni erməni sparapeti 1988-ci il nöqtəsinə geri qayıdıb. Qarabağ münaqişəsinin alovlandığı vaxtlarda daşnak saqqallıları dinc azərbaycanlıları əldəqayırma tüfənglərlə qırıb çatırdı. İndi isə saqqalı Paşinyan öz arvadını Mixail Kalaşnikovun tüfəngi ilə azərbaycanlı uşaqları öldürmək üçün səngərə göndərir...

Virtualaz.org