Bank hesabını onlayn açmaq mümkün olacaq
16-05-2019 22:07
Baxış sayı:
8989
Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq. Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib. O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır: “Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”. T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər: “Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.