Cənub zonasında sel körpünü yararsız hala saldı - Foto
23-04-2019 20:57
Baxış sayı:
12526
Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artamsı Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, həmçinin rayonun Buravar kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində çöküb.
Bununla yanaşı, Buravar kəndinin mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanılacaq.