Federerdən böyük uğur: 100-ə bir addım qaldı
28-10-2018 23:50
Baxış sayı:
943

Rocer Federer İsveçrə Salon Tennis Turnirində rumıniyalı Marius Kopili 2-0 məğlub edərək kariyerasındakı 99-cu çempionluğunu qazanıb.
Muxalifet.az xəbər verir ki, Federer rəqibinə 7-6 və 6-4-lük setlərlə qalib gəlib. Bu, isveçrəli tennisçinin cari mövsümdə qazandığı 4-cü çempionluqdur.
Qeyd edək ki, 37 yaşlı Federer çempionluq sayına görə təkcə amerikalı keçmiş tennisçi Cimmi Konnorsdan (109) geri qalır.