​Makron: Məqsədimiz İstanbulda fəlakətin qarşısını almaqdır

Baxış sayı:
5047

İstanbulda keçirilən zirvə görüşü yeni insan fəlakətinin qarşısını almaq məqsədi daşıyır.
Muxalfet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İstanbulda Suriya ilə bağlı keçirilən Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşü barədə tvittində qeyd edib.
“İstanbula bir az əvvəl gəldim. Türkiyə Prezidenti Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelin iştirakı ilə keçirilən görüş Suriyada sabitliyin təmin edilməsi və insan fəlakətinin qarşısını almaq üçündür”, - Makron bildirib.