Sığınacaq axtaran PKK 3 yeni düşərgə qurdu

Baxış sayı:
5011

Türk əsgəri tərəfindən son vaxtlar keçirilmiş uğurlu əməliyyatlarla ağır zərbə alan terror təşkilatı PKK, İraq Sincarında 3 yeni düşərgə qurub.
 
Kürdüstan Demokrat Partiyasından (KDP) Sincar rayonu üzrə məsul Kadır Kaçak, terror təşkilatı PKK-nın bölgədəki düşərgə sayını artırdığını deyib.
Anadolu Agentliyinə verdiyi açıqlamada Kaçak, PKK-nın, Sincarın Girzek, Siba Şeyx Hidir və Gir Uzeyr regionlarında yeni hərbi düşərgələr açdığını ifadə edib.
Terror təşkilatı PKK-nın bölgədən çəkildiyinə dair məlumatların doğru olmadığını vurğulayan Kaçak, təşkilatın, xüsusilə Peşmərgənin 2017-nin oktyabrında Sincardan çəkilməsindən sonra işğalçı bir strategiya həyata keçirdiyini qeyd edib.
İraq mərkəzi hökumətinin nəzarətinə keçən Mosul vilayətinə bağlı Sincarda, Haşdi Şabinin güclü nüfuzunun olduğunu deyən Kaçak, PKK-ya Sincarda Haşdi Şabinin dəstək verdiyini iddia edib.
Qeyd edək ki, terror təşkilatı PKK, İŞİD-ın 3 avqust 2014-də Sincardaki Yezidilərə hücum etməsini fürsət bilərək, onları qorumaq bəhanəsi ilə Suriya və Qəndildən gələrək regionda yerləşməyə başlamışdı.
Müxalifət.az