Səudiyyə Ərəbistanından Türkiyə açıqlaması!

Baxış sayı:
4741

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı, Türkiyə, İran və ABŞ haqqında açıqlamalar verib.
 
El-Cubeyr, Qaşıqçı cinayətinin isterik bir hal aldığını söyləyərək, Səudiyyə rəsmilərinin Türkiyədə Türk həmkarları ilə birlikdə koordinasiyalı çalışdığını deyib. Nazir, sözlərinə istintaqın zaman aldığını və həqiqətlərin günlər keçdikcə ortaya çıxacağını əlavə edib.
ABŞ ilə əlaqələrinə də toxunan Cübeyr, "Səudiyyə, Amerika ilə dəmir örtüklü strateji əlaqələrə malikdir və bu da dəyişməzdir" - deyib.
İranın terrorizmin ən böyük sponsoru olduğunu iddia edən və sərt sözlər işlədən Səudiyyəli nazir, "Səudiyyə Ərəbistanı Yaxın Şərqdə iki şey ilə məşğul olur. Biri Səudiyyə Ərəbistanının işığı, digəri İranın qaranlığıdır"  deyib.
Müxalifət.az