“Vəliəhd şahzadənin bu günlərdə gözünə yuxu getmir” – Misirli jurnalist

Baxış sayı:
4462

Misirin öndə gələn alimlərindən jurnalist, yazıçı Fəhmi Huveydi, “Əminəm ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid bu günlərdə qətiyyən yatmır. Dostuna (Bin Salman) nə olacağını yaxından təqib edir” deyib.
 
Huveydi, Alman yayım agentliyi “Deutsche Welle”-də dərc olunan müsahibəsində Qaşıqçı-nın öldürülməsinin, başda Səudiyyə Ərəbistanı olmaqla, Ərəb dünyasına dramatik əks təsirinin olacağını deyib.
Qaşıqçı-nın öldürülməsinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və havadarlarının cəbhəsində çat yaradacağını deyən Huveydi, əgər şahzadə bin Salman vəzifədən azad edilərsə, bunun digər müttəfiq şahzadələr üçün də bir böhran yaradacağını bildirib.
Huveydi, sözlərinə belə davam edib:
“Əminəm ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid bu günlərdə qətiyyən yatmır. Dostuna (Bin Salman) nə olacağını yaxından təqib edir".
Beynəlxalq ictimaiyyətin Qaşıqçı hadisəsi qarşısındakı mövqeyini dəyişdiyinə diqqət çəkən Huveydi, "ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına sanksiya tətbiq olunmasından danışmağa başladı. Ancaq böhranın əvvəlində heç belə bir mövqe yox idi" deyib.
Müxalifət.az