“Vaşinqton Post”-dan sual: Səudiyyə Qaşıqçı cinayətindən sıyrıla biləcəkmi?

Baxış sayı:
4513

“Vaşinqton Post” qəzetində dərc olunan məqalədə, Camal Qaşıqçı-nın yox olmasından 4 həftə keçsə də, ağıllardakı sualın Səudiyyə Ərəbistanı rejiminin bu hadisəyə daxil olub olmadığı deyil, bu cinayətdən çıxa bilib bilməyəcəyi vurğulanıb.
 
Bu məsələdə real siyasətin artıq uyğun olmadığına işarə edilən məqalədə, bu ifadələr yer alıb:
“Buna beynəlxalq diplomatiyada “Harvey Veynşteyn anı” adını verək. Bu anda, müəyyən bir sahəyə (Hollivud, neft) bütün girişə nəzarət edən və uzun illər boyu toxunulmaz görünən olduqca güclü bir fiqur (Veynşteyn, Vəliəhd Şahzadə Məhəmməd bin Salman), bir yerdə bir sinirə toxunur və etdiklərinin hesabını verməsi istəkləri yüksəlir".
 
 "Beynəlxalq medianı Türk hökuməti bəslədi”
 
“Səudiyyə Ərəbistanının etdiklərinin hesabının verilməsinin ictimaiyyətin diqqətini çəkməklə başlayacağına diqqət çəkən məqalədə, “Səudiyyə Ərəbistanı cinayət işləyib, etdikləri ilə cəzasız qalacağını düşündü. Ancaq beynəlxalq media hədəf kütlələri üçün bu hekayəni işıqlandırmada əsas rol oynadı, hadisəni manşetlərə daşıdı. Qəbul etmək lazımdır ki, beynəlxalq medianı da Türk hökuməti bəslədi."
Məqalədə hadisənin ictimaiyyətin diqqətini çəkməsi ilə Səudiyyə Ərəbistanı məsələsində təzyiq qurularaq bir çox əhəmiyyətli şəxsin bu ölkəni boykot qərarı aldığı, həmçinin Səudiyyə Ərəbistanının hadisənin üstünü örtmə cəhdlərinin də boşa çıxararaq, etiraf etməyə məcbur olduğu qeyd olunub.
Müxalifət.az