Səudiyyə Ərəbistanındakı əsgərlərini geri çəkdilər

Baxış sayı:
4465

Malayziyanın xarici işlər naziri Seyfüddin Abdulla, Malayziya Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistandakı əsgərlərini geri çəkdiyini bildirib.
 
Nazir Seyfüddin, Yəməndəki daxili müharibənin başlamasından sonra Səudiyyə Ərəbistanı rəhbərliyi altında yaradılan Ərəb koalisiyasına daxil olan Malayziya hərbi birliklərinin, paytaxt Ər-Riyaddan ayrıldığını deyib.
Seyfüddin, "Artıq qoşunlarımız geri qayıtdı və Yəmən müharibəsi ilə heç bir münasibətimiz qalmadı" deyərək, Malayziya ordusunun Yəməndəki hərbi koalisiyanın bir hissəsi olmayacağı haqda hökumətin verdiyi qərar haqqında Səudiyyəli nazirə məlumat verdiyini ifadə edib.
Müxalifət.az