Rusiyanın baş prokurorunun müavini istefa verdi
26-10-2018 16:26
Baxış sayı:
2362

Rusiya Federasiyasının baş prokurorunun müavini İvan Semçişin təqaüdə çıxması ilə əlaqədar olaraq istefa verib.
Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Aleksandr Kurennoy məlumat verib.
"Baş prokurorun müavini İvan Semçişin təqaüdə çıxması ilə əlaqədar Prezident Administrasiyasına və Federasiya Şurasına ərizə verib", - deyə Kurennoy bildirib.
Semçişinin istefasını Federasiya Şurası təsdiq etməlidir.
Qeyd edək ki, oktyabrın əvvəlində sözügedən vəzifədə çalışan erməni əsilli Saak Karapetyan vertolyot qəzasında həlak olmuşdu.