Qaşıqçının yeri haqda məlumat verildi! Cəsədin yerini görürük

Camal Qaşıqçı-nın 2 oktyabrda girdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasında öldürülməsindən sonra cəsədi hələ də tapılmayıb.
İstanbul Polisinə xaricdə "kahin” olaraq bilinən şəxslərin İnterpol vasitəsilə, daxildə olan bəzi şəxslərin də cəsədinin yerini yuxularında gördüklərini söyləyərək məlumat verdiyi bildirilib.
Digər tərəfdən, Sultangazidəki avtoparkda olan diplomatik nömrəli Mercedesin yükündən çıxan paltarların də avtomobili qoyan konsulluq işçisi Məhəmməd Ö.-yə aid olduğu müəyyən edilib.
İstanbul Baş Prokurorluğunun apardığı istintaqda maraqlı bir detal da ortaya çıxıb. Səudiyyə Ərəbistanı Baş Konsulluğu rəsmilərinin avtomobillərində keçiriləcək axtarışlardan əvvəl, maşınların hamısını avtomobil təmizləyici müəssisələrə aparıldığı və hərtərəfli təmizlik işi aparıldığı məlum olub. Təmizlənən avtomobillər arasında Camal Qaşıqçı-nın ortadan qeyb olduğu gün baş konsulluq binasından iqamətgaha gedən və 3 gün ərzində qarajdan çıxarılmayan 34 CC 1685 nömrəli Mercedes Vito mikroavtobus da var.
Müxalifət.az