ŞOK KADRLAR: Ayı evə hücum çəkdi - VİDEO
25-10-2018 16:06
Baxış sayı:
2854

İki balası ilə meşə kənarında dolaşan ana qrizli insanları görəndə qəzəblənib. O, insanların onun övladlarına xətər yetirəcəyini düşünüb və irəli atılıb.
Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, olay Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bella Koola şəhərində yaşanıb.
Lourens Mixalçu üç övladı və arvadı ilə evə yenicə qayıtmışdı.
O, həyətin kənarında ana ayını və iki ayı balasını görüb.
Mixalçuk ayıları qorxutmaq üçün qışqırıb. Onun bu qərarı çox yanlış olub:
"Ayı dönüb getmək istəyirdi. Qışqırığımı eşidən kimi dönüb hücuma keçdi. İki dəfə atəş açdım, qaçıb evə girdim. Ayı balaları ilə həyətdə bir qədər dolaşıb getdi", - L.Mixalçuk deyib.