BAKIDA İNANILMAZ OLAY: Özünü binadan atan qız sağ qaldı
25-10-2018 12:06
Baxış sayı:
2980

Bakıda özünü binadan atan qız sağ qalıb.
Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. 3-cü mikrorayon sakini, 22 yaşlı Nəzakət Məmməd qızı Bağırova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə o xəsarətlə xəstəxanaya yerləşdirilib.
N. Bağırovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.