ABŞ yol ayrıcında: Ədalətmi, yoxsa maraqlarmı?

Səudiyyə Ərəbistanı rəhbərliyinin Qaşıqçı-nın itməsi ilə bağlı açıqladığı bütün yalanlar və istintaqı azdırma cəhdləri Türkiyənin uğurlu media strategiyası ilə mərhələ mərhələ təsirsiz oldu.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın belə Qaşıqçı cinayətinin ört-basdır edilməsi üçün Səudiyyə Ərəbistanı tərəfindən nümayiş etdirilən səriştəsizliyi tarixdəki ən pis "ört-basdır etmə cəhdi" kimi şərh etməsilə bərabər gözlər indi vəliəhd şahzadə bin Salmanı gözləyən aqibətə çevrilib. Qaşıqçı məsələsinin həll forması və şahzadə bin Salmanın taleyi yalnız Səudiyyə Ərəbistanı içərisindəki tarazlıqları dəyişdirməklə qalmayacaq, bəlkə də qlobal nizamı yenidən tənzimləyəcək bir prosesi başlayacaq. Milli pul vahidləri ilə ticarət aparmaq üçün hərəkətə keçən ölkələr qarşısında çarəsizliyini getdikcə daha çox hiss edən ABŞ üçün bu proses bir dəyişiklik imkanı ola bilər. 1945-də dövrün ABŞ prezidenti Ruzvelt, Yalta Konfransından dərhal sonra 14 fevralda Süveyş Kanalında “USS Quincy” döyüş gəmisində bir araya gəldiyi Səudiyyə Ərəbistanı kralı Əbdüləziz bin Faysal əl Səud ilə bu günə qədər gələn dünya nizamının əsasını qoymuşdu.
Yaltada Avropanın bölgüsünü tamamlayan Ruzvelt, Süveyşdə ABŞ-ın silahlı qoruması qarşılığında Səudiyyə Ərəbistanı ilə neft-dollar sisteminin şərtlərini müəyyənləşdirdi. Bu neft-dollar sisteminə sonrakı illərdə MKİ-nin gizli əməliyyatları üçün Yaxın Şərq, Uzaq Şərq və Latın Amerikasında qüvvəyə mindirdiyi narkoterror və silah satışı zənciri əlavə olundu. Məhz Qaşıqçı cinayəti, 1945-də Misir sərhədləri içərisində qurulan bu quruluşu təməlindən sarsıtmaqdadır. Büdcəsinin 87 faizi neft gəlirlərinə söykənən və Trampın neft qiymətlərinin azaldılması təzyiqi ilə də mübarizə edən Səudiyyə Ərəbistanı üçün artıq heç bir şey əvvəlki kimi olmayacaq. Türkiyə və Qətərə qarşı cəbhə yaratmaqda uğursuz olan, İrana qarşı sanksiya prosesi üçün son hazırlıqlar aparılarkən Qaşıqçı cinayəti ilə müttəfiqlərini çətin vəziyyətdə qoyan Səudiyyə Ərəbistanında gözlənilən dəyişikliklər vəliəhd şahzadə Məhəmməd bin Salmanı kreslosundan etmənin xaricində bir səviyyəyə çataraq Ər-Riyadda proqnozlaşdırılmayan nəticələrə yol aça bilər.
Müxalifət.az