İngilis baş nazir Kral Salmana etirazını bildirib

Baxış sayı:
2179

İngiltərənin baş naziri Teresa Meyin, jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə telefonda danışdığı bildirilib.
 
İngiltərənin baş nazirinin ofisindən verilən məlumata görə, Mey, görüşdə kral Salmana ölkəsinin Qaşıqçı-nın öldürülməsi məsələsində ciddi qayğılarını çatdırıb.
Baş nazir, Səudiyyənin verdiyi mövcud izahatın inandırıcı olmadığını, dolayısıyla tam olaraq nə olduğunu ortaya çıxarmağa təcili ehtiyac olduğunu deyib. Mey-in, Səudiyyə Ərəbistanına, Türkiyənin apardığı istintaqla əməkdaşlıq etməsi və nəticələr mövzusunda şəffaf olması çağırışında olduğu bildirilib.
Baş nazir, Qaşıqçı-nın öldürülməsində məsuliyyəti olan hər kəsin uyğun hesab verməsi vacibliyini xatırladıb və krala, ölkəsinin Qaşıqçı cinayətinin şübhəlilərinin Böyük Britaniya vizalarının ləğv edəcəyini deyib.
Müxalifət.az