Qaşıqçının cəsədi ilə bağlı yeni iddia

Səudiyyə rəsmilərin, Türk polisinin baş konsulluğun bağçasındakı quyuda axtarış aparmasına icazə vermədiyi ortaya çıxıb. Bu baxımdan diqqətlər yenidən quyuya cəlb olunub.
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın cəsədinin harada olduğu ilə əlaqədar axtarışlar davam edərkən gözlər yenidən Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasının həyətindəki quyuya çevrilib. Quyuda axtarış aparmaq istəyən polisə Səudiyyə rəsmilərin icazə vermədiyi qeyd edilmişdi. 15 nəfərlik sui-qəsd qrupunun Türkiyədəki ayaq izlərini sürərək Belqrad Meşələri, Yalova və Sultangazide bir çox ünvanda dəlil və Qaşıqçı-ya məxsus örnəklər axtaran mütəxəssis qruplar, yenidən konsulluğa yönəlib. Qrupların konsulluqda təkrar araşdırma tələbinə səbəb olan hadisə isə Sultangazidəki avtoparkdakı diplomatik avtomobil olub. Səudiyyə attaşesinin 7 oktyabr günü dayanacağa qoyduğu diplomatik 34 CC 1736 nömrəli, qara rəngli E220 model Mercedes avtomobilə, 18 oktyabrda gələrək bir başqa avtomobildən ikisi böyük olmaqla, üç çamadan endirildiyi bu zaman bir maskanın düşdüyü ortaya çıxıb. Çamadanların baqaja qoyulmasına yardım edən avtopark-ın işçisi tərəfindən görülən maskanın kimyəvi maddələrlə çalışacağı zaman taxılan maskalardan olduğunun başa düşülməsindən sonra araşdırmalar yeni bir ölçü qazanıb.
Baş konsulluq bağçasındakı quyuda axtarış aparılmasının qarşısının alınması və kimyəvi maskanın aşkar olunmasından sonra cəsədin sulfat turşusuyla əridilmiş ola biləcəyi yönündə şübhələr artıb.
TURŞU MƏSƏLƏSİNDƏ EKSPERTLƏR
Səudiyyə Ərəbistanı tərəfindən Məkkə və Mədinədəki qəbiristanlıqlara basdırılan cənazələrin məhv edilməsi üçün istifadə olunduğu məlum olan turşuların Qaşıqçı-nın cəsədinin məhv edilməsində də istifadə edilmiş olma ehtimalı üzərində dayanılır. Çünki İstanbula gələn 15 nəfərlik qrup içində Ədliyyə Tibb mütəxəssisi və yüksək vəzifəlilərin olması bu iddianı gücləndirir. Cəsədi yox etmə zamanı istifadə edilən turşuların saç və diş daxil, hər cür toxumaları 37-38 dəqiqə içərisində əritdiyi, mikroskopik hissələrə çevirdiyi qeyd edilir. Ekspert qrupların quyudakı araşdırmaları zamanı bu istiqamətdə dəlillər axtaracağı, buradan götürüləcək nümunələrin Qaşıqçı-ya məxsus DNT nümunələriylə müqayisə etməsi gözlənilir.
Müxalifət.az