“MKİ direktoru Qaşıqçının öldürülməsinin səsyazmasını dinləyib” – ABŞ-dan İDDİA

Baxış sayı:
2227

Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti araşdırması çərçivəsində görüşlər keçirmək üçün Türkiyəyə gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin, Qaşıqçı-nın öldürülməsinə dair səs qeydlərini eşitdiyi iddia edilib.
 
ABŞ-ın “Vaşinqton Post” qəzeti, "Haspelin görüşləri haqqında məlumat sahibi olan adamları" qaynaq göstərərək Qaşıqçı-nın öldürülməsi ilə bağlı xəbər yayıb.
Xəbərdə, adları açıqlanmayan bu şəxslərə istinad edərək, Haspelin Türkiyə səfərində səs qeydlərinə qulaq asdığı irəli sürülüb.
Xəbərdə, mənbələrin, səsyazması haqqında "inandırıcıydı" dediyi bildirilib və ABŞ-ın Səudiyyə Ərəbistanına daha çox təzyiq tətbiq edəcəyi ifadə edilib.
Qeyd edək ki, MKİ direktoru Gina Haspel, ABŞ prezidenti Donald Trampın xahişi ilə çərşənbə günü Türkiyəyə getmişdi.
Müxalifət.az