​Avropaya yardım edəcəyik - Putin

Baxış sayı:
4141

Avropaya enerji tədarükü məsələsində yardım etməyə davam edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İtaliya Baş naziri Cuzeppe Konte ilə görüşündə bildirib.
"İtaliya ilə enerji əməkdaşlığı sadəcə tədarüklə məhdud deyil. Enerji yataqlarının işlənməsinə dair birgə layihələrimiz var. Bundan başqa, Amur bölgəsində qaz emalı zavodu inşa edilir. İtaliyanın iş adamlarının Rusiya elektrik enerjisinin inkişaf etdirilməsinə töhfə vermək əzmindən də məmnunuq", - Putin söyləyib.