PKK-nın alçaq oyunu ortaya çıxdı
23-10-2018 15:15
Baxış sayı:
4084

Türkiyənin təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İraqın şimalında davam edən əməliyyatda bir əsgərin şəhid olduğu terror hücumunu həyata keçirən terrorçular, ilk olaraq təhlükəsizlik qüvvələrinin yaxınındakı bir kəndə gedərək paltarlarını dəyişib.
Uşaqları qalxan ediblər
Sonra yanlarına kənddəki uşaqlardan bəzilərini alan terrorçular onları qalxan edərək təhlükəsizlik qüvvələrinə atəş açıblar. Hücumdan sonra terrorçular yanlarına aldıqları uşaqlarla qaçıb. Bölgədəki əməliyyatların davam etdiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahından dünən edilən açıqlamada, İraqın şimalında davam edən əməliyyatlarda bir əsgərin şəhid olduğu bildirilmişdi.
Müxalifət.az