​Həbibovu maşın vurdu - vəziyyəti isə...

Baxış sayı:
5251

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.