Əsgər silahla hərbi hissədən qaçdı, alış-veriş mərkəzinin işçilərini girov götürdü - YENİLƏNİB - FOTO
22-10-2018 12:15
Baxış sayı:
4666

Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, alış-veriş mərkəzində işçiləri əsr götürən əsgər havaya atəş açıb.
Aparılan danışıqlar nəticəsində o, təhlükəsizlik əməkdaşlarına təslim olub.
----------
11:42
Türkiyənin Qaziantəp şəhərində hərbi hissədən əsgər qaçıb.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əsgər özü ilə götürdüyü G3 piyada tüfəngi ilə daxil olduğu bir alış-veriş mərkəzində işçiləri əsr götürüb.
Əraziyə çoxlu sayda əsgər və polislər cəlb ediliblər.
Təhlükəsizlik əməkdaşları fərari əsgəri "yola gətirməyə" çalışırlar.