Terrorçu ABŞ-İŞİD əməkdaşlığını etiraf etdi

Baxış sayı:
4111

İstanbulda, ələ keçirilən 26 yaşındakı terrorçu Ö.T. bəzi qalmaqal etiraflar edib.
 
Etirafçı olan 26 yaşındakı Ö.T. İŞİD təşkilatı ilə bəzi məqamları açıqlayıb. Əbu Hənzala kod adlı Halis Bayancuk-un mədrəsəsində 2008-2011-ci illərdə təhsil alan Ö.T., “2015-ci ildə Əbu Hanzala ilə görüşdüm və İŞİD-ə qoşulmaq istədiyini söylədim. Sonra təşkilata qatılmaq üçün Suriyaya getdim” deyə bunları söylədyib:
“İŞİD-ın ABŞ ilə anlaşdığını eşitdim. Razılaşmaya görə, ərzaqlar İŞİD bölgəsinə keçiriləcəyi, İŞİD bölgəsinə Türkiyədən təşkilat mənsublarının rahat keçid edə biləcəyi və çətinlik çıkarılmayacağı, İŞİD terrorçularının PKK/PYD təşkilatının xəstəxanalarında müalicə ettiriləcəyi və İŞİD qadınlarının PYD təşkilatının bölgəsindən rahatlıqla keçib gedə biləcəkləri yönündə idi. İŞİD və YPG arasında razılığa gəlinərək və İŞİD üzvlərinin Rakka'dan Deyrizor sahəsinə nəzarətli şəkildə keçməsinə icazə verildiyini öyrəndim. İstanbula getdikdən sonra ailəmi görməyə icazə vermədilər. Orada xalqa çox zülm edirdilər. Misir, Rus və Tunisli vətəndaşlar əmir olaraq ən yüksək səviyyədə İŞİD-ın nazirlər şurasına qədər yüksəldilər və sonradan casus oldular. Mənim dini hisslərim Əbu Hanzala mədrəsəsində istismar edildi. Raqqaya gəldiyim zaman qaçmağı düşünürdüm. Lakin ciddi nəzarətdən qaça bilmədim”.
Müxalifət.az