Zaqataladakı kütləvi zəhərlənmə ailəvi istirahət mərkəzində baş verib? - YENİLƏNİB

Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir.
“Report”un məlumatına görə, zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” ailəvi istirahət mərkəzində olublar.
Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Zəhərlənmə əlamətləri özünü ailə evə qayıtdıqdan sonra büruzə verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 10:39
Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən bildirir ki, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Bundan əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin zəhərlənmiş heyət üzvlərini xilas ediblər.