​Melaniyadan "Trampı sevirsinizmi?" sualına maraqlı cavab

Baxış sayı:
6964

"ABC News" kanalının ABŞ lideri Donald Trampın həyat yoldaşı Melaniya Trampdan aldığı reportaj sosial medianın yeni gündəminə çevrilib.
Muxalifet.az xəbər verir ki, reportaj zamanı müxbirin "Donalt Trampı sevirsiniz?" sualına Melaniya Trampın verdiyi cavab hər kəsin diqqətini çəkib.
Belə ki, müxbirin ünvanladığı "Donld Trampı sevirsiniz?" sualına Melaniya Tramp "bəli, aramız yaxşıdır" cavabını verməklə kifayətlənib.
Qeyd edək ki, uzun müddətdir, insanlar Melaniya Trampın Donald Trampla münasibətin sadəcə kağız üzərindədə olduğunu, Melaniyanın onu heç bir zaman sevmədiyini düşünürlər.
Eyni zamanda Melaniya Tramp insanların Donald Trampla onun evliliyi haqqında dedikləri fikirləri ilə vaxtını xərcləmədiyini, daha vacib işlərinin olduğunu vurğulayıb.
"İnsanlar bizim münasibətimiz haqda çox danışırlar və çox danışdıqları üçün də yanlış fikirlərə qapılırlar" - deyə bildirdi.
Müxbirin Donad Trampın cinsi istismar mövzularında adının çox hallanması ilə bağlı sualına isə "bu məni maraqlandırmır" - deyə cavab verdi.
Onu da qeyd edək ki, Melaniya Trampla Donald Tramp 2005-ci ildə ailə qurub, bu evlilikdən onların bir oğlu var.