Sürüşmə zonasında son durum: uçqunlar baş verdi
20-10-2018 19:46
Baxış sayı:
6427

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sürüşmə ərazisində aktivlik davam edir. Belə ki, sürüşmə kütləsi üzərində xırda hissəciklərin uçqun tipli hərəkəti qeydə alınıb və uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Buna baxmayaraq, fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik müşahidə edilməyib.