"Reuters"-dən bomba “Qaşıqçı” iddiası: TÜRKLƏR İŞİ BİTİRMƏK ÜZRƏDİR

Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülən Camal Qaşıqçı ilə bağlı son dəqiqə gəlişmə baş verib. “Reuters”, Türk polisinin Qaşıqçı-nın cəsədini tapmağa yaxın olduğunu bildirib. Polislər Yalova və Belqrad Meşə Massivində axtarış aparır, Belqrad Meşəliyindəki təhlükəsizlik kamerası qeydləri təhlil olunur.
Bu xəbəri İngilis xəbər agentliyi “Reuters”-ə bir Türk səlahiyyətli də təsdiq edib və Camal Qaşıqçı-nın cəsədinin aqibətini öyrənməyə çox yaxınlaşdıqlarını bildirib.
Qaşıqçı hadisəsini araşdıran polislərin həmçinin Səudiyyə Ərəbistanı Konsulluğuna giriş çıxış edən bütün avtomobillərin qeydiyyatını araşdırdığı və Qaşıqçı-nın DNT nümunələrinin Türkiyədən təmin edildiyi və bu an üçün bu məsələdə Səudiyyə Ərəbistanına müraciət edilməsinə ehtiyac olmadığı ifadə edilib.
Müxalifət.az