İnterpolun axtardığı azərbaycanlı Rusiyada tutuldu

Baxış sayı:
5902

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı.
Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.