Rusiyada qırıcı suya düşdü: Pilotlar axtarılır...
18-10-2018 23:23
Baxış sayı:
8047

Rusiyanın Krasnodar vilayətində təlim uçuşu zamanı L-39 qırıcısı qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamenti məlumat yayıb.
Bildirilib ki, qırıcı Doljanskaya yaşayış sahəsi yaxınlığında suya düşüb.
Hazırda xilasedicilər pilotların axtarışı ilə məşğuldur.
İlkin ehtimala görə, qəzaya səbəb texniki nazaslıq olub.