Ramanada maşın qaz borusuna çırpıldı — Ölən var
18-10-2018 22:13
Baxış sayı:
7939

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 3 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə o, hadisə yerində ölüb.