Konsulluqdakı araşdırmaların ilkin nəticələri: Öldürüldüyü haqda əlamətlər tapılıb

Baxış sayı:
4102

İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunu araşdıran təhlükəsizlik səlahiyyətlilərindən yeni açıqlama gəlib. Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın itməsi hadisəsini araşdıran təhlükəsizlik rəsmilərinin ilk təəssüratına görə, Qaşıqçı-nın öldürüldüyünə dair əlamətlət tapılıb.
 
 Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda 10 Türk polis və bir prokurordan ibarət olan Türk heyəti, 9 saat davam edən bir araşdırma aparmışdı. Birgə heyətdə yer alan Səudiyyə rəsmiləri də konsulluqdakı araşdırmada iştirak edib.
 “Reuters”-ə məlumat verən yüksək səviyyəli bir Türk səlahiyyətli, "Konsulluqda axtarış və araşdırma aparan Türk polisi və qrupu ehtiyac duyulan və dəlil olduğu düşünülən əlamətlər tapıb. Konsulluğun bağçasından torpaq nümunəsi də alınıb" deyib.
Müxalifət.az