Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
16-10-2018 12:53
Baxış sayı:
3811

Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.