Bakıda iki "Mercedes" TOQQUŞDU - Biri hasarın uçqunu altında qaldı (FOTO)
16-10-2018 10:30
Baxış sayı:
3658

Bakıda iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində qəza baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 08:40 radələrində Natavan küçəsi - Biləcəri istiqamətində qeydə alınıb.
90-XB-381 və 90-DH-744 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində "Mercedes C-class" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Hasar dağılaraq avtomobilin ön hissəsinə tökülüb.
Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.