Türkmən dağının müdafiəçiləri Türkiyəyə çağırış etdilər: BİZİ UNUTMAYIN

Baxış sayı:
4867

Suriyada yerləşən Türkmən dağındakı Türkmənlər, əllərindəki kəndləri qorumaq üçün mübarizə aparır. Soçi anlaşmasından sonra ağır silahlarını cəbhə xəttindən çıxaran, ancaq rejimin hücumlarının davam etdiyini ifadə edən Türkmənlər, yeganə ümidlərinin Türkiyə olduğunu ifadə edərək, "Bizi unutmayın" çağırışı ediblər.
 
Əsəd rejimi və Rus bombardmanı zamanı Türkiyənin gündəmində olduğunu, ancaq son dövrdə Türkmən dağı və onu qoruyucularının unudulduğunu bildirən Türkmənlər, "Bu anda razılıq əldə olunub və atəşkəs başlayıb. Rejim hər nə qədər bu atəşkəsə əməl etməsə də, biz Türkiyənin istəyinə tam riayət etdik. Rejim ağır silahlarını vermədi, amma biz təslim etdik. Hazırda hücum olarsa, rejimin tankına biz yüngül silahlarla cavab verəcəyik. Onsuz da rejim mütəmadi olaraq hər platformada bizə yönəlik təhdidini davam etdirir. Biz isə Türkiyənin dediyini etməyə davam edəcəyik. Ancaq 2014-ci ildəki bombardman sonrasında bəzi bölgələri itirəndən sonra gündəmdən düşdük. Bizim öncə Allah, sonra Türkiyədən başqa təminatımız yoxdur. Biz hazırda özümüzü unudulmuş kimi görürük. Amma burada hücum, bombardıman və çəkdiyimiz ağrılar davam edir. Bu səbəblə Türkiyənin buraya daha isti baxmasını və bizi sahibsiz buraxmamasını, unutmamasını istəyirik" deyə söyləyiblər.
Müxalifət.az